MUSTAFA SƏBRİ ƏFƏNDİ

(1285/1869 – 1373/1954) – görkəmli Türkİslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının sonuncu şeyxülislamı olmuşdur. O, Türkiyənin Tokat şəhərində doğulmuşdur. O, Kayseridə təhsilə başlamış, sonra təhsilini İstambulda davam etdirmişdir. 22 yaşından müədərrislik etməyə başlamışdır. Gənc türklər hərəkatı hakimiyyətə gəldikdən sonra Mustafa Səbri Əfəndi onlara, eləcə də onların partiyaları olmuş “İttihad və tərəqqiyə” müxalifətdə olmuşdur. Buna görə təqiblərə uğramış və nəticədə Rumıniyaya hicrət etmişdir. Daha sonra yenidən İstambula qayıdaraq pedaqoji fəaliyyətini davam etdirmişdir. O, 1337/1919-cu ildə Osmanlı imperiyasının sonuncu şeyxülislamı olmuşdur. 1340/1922-ci isə ildə İstanbuldan Qahirəyə köçmüş, son günlərinə qədər orada yaşamış, “Əl-Əzhar” universitetinin müəllimi olmuşdur. Mustafa Səbri Əfəndi Cəmaləddin Əfqani, Məhəmməd Abduh, eləcə də başqa Misir islahatçılarının fəaliyyətinə qarşı çıxış etmiş, onları İslama bidətlər gətirdiklərinə görə günahlandırmışdırlar. Mühafizəkar bir dindar olaraq onları təkzib etmək üçün əsərlər yazmışdır.
MUSİQİ
MÜAMİLƏ
OBASTAN VİKİ
Mustafa Səbri Əfəndi
Mustafa Səbri Əfəndi (22 iyun 1869, Tokat – 12 mart 1954, Qahirə) — İslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının şeyxülislamı. Din alimlərindən Əhməd Əfəndinin oğlu olan Mustafa Səbri 1869-cu il iyun ayının 22-də Osmanlı imperiyasının Toqatşəhərində anadan olmuşdur. İbtidai təhsili Toqatda aldıqdan sonra Kayseriyə gedərək Hoca Əmin Əfəndidən ərəbcə, məntiq, fiqh üsulu, təfsir, hədsi kimi dini dərslər almışdır. Daha sonra İstanbula gələn Mustafa Sabri, burda "Hüzur Dərsləri Mukarrirləri (dərsi təkrar edərək başa salan müəllim) "ndən Əhməd Asim Əfəndidən aldığı dərslərlə təhsilini başa vurmuşdur. Mustafa Səbri 1890-cı ildə açılan "Ruus" imtahanını uğurla verərək müəllimlik etmək hüququ əldə etdi və Fatih Mədrəsəsində müəllim oldu. Onun burdakı vəzifəsi 1898-ci ildə təyin edildiyi "Hüzur Dərsləri Muxəttablığı"na (xitab edilən şəxs) qədər davam etdi. Mustafa Səbrinin bu yeni təyinatı müəyyən fasilələrlə 1914-cü ilə qədər davam etdi. O bu vəzifəsi ilə paralel olaraq 1900-cü ildə Sultan II Əbdülhəmidin (1876–1908) kitabçısı da olmuşdur. 1904-cü ildə yenidən müəllim kimi fəaliyyətini davam etdirmişdir. O həm də Silistre müftisi olmuş və İstanbul qaziliyinin idarə işləri bölməsinin birinci dərəcəli məmurluğunda vəzifə icra etmişdir.
Balizadə Mustafa Əfəndi
Balizadə Mustafa Əfəndi (Bosniya və Herseqovina – dekabr 1662, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Əslən Kastamonulu olan Mustafa Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası Bali Əfəndi məhəllə mollası idi. İlk təhsilini atasından aldıqdan sonra şeyxülislam Xocazadə Mehmed Əfəndinin tələbəsi oldu və dini təhsilini burada başa vurdu. Ardından 1615-ci ilin iyununda müdərrisliyə keçdi və 1631-ci ilin iyununa qədər İstanbulun müxtəlif mədrəsələrində fəaliyyət göstərdi. Daha sonra qazılığa yüksəldi və 1632-ci ilin iyulunda Mədinə qazısı oldu. 2 il burada xidmət etdikdən sonra paytaxta qayıtdı (iyul 1635). 4 il dövlət vəzifələrindən uzaq qaldıqdan sonra 1639-cu ilin mayında Üsküdar qazısı təyin olundu. 2 il bu vəzifədə qaldıqdan sonra bir müddət vəzifə gözlədi və 1647-ci ilin aprelində Bursa və Qalata qazısı təyin olundu. 5 ay bu vəzifədə qaldıqdan sonra 1648-ci ilin aprelində Rumeli başqazısı oldu və 3 ay sonra təqaüdə ayrıldı.
Bolevi Mustafa Əfəndi
Bolevi Mustafa Əfəndi (1592, Bolu – sentyabr 1675) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. Boluda dünyaya gəldiyi üçün bəzi tarixi mənbələrdə Bolevi, yəni Bolulu olaraq anılır. == Həyatı == 1592-ci ildə Boluda dünyaya gəlmişdir. Tacir Əhməd Əfəndinin oğludur. Əvvəlcə Bolu müftisi Yusif Əfəndidən, daha sonra Uzun Həsən Əfəndidən dərslər almağa başladı. Ardından şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndidən dərslər aldı və din təhsilini başa vurduqdan sonra şeyxülislamın yanında fətva əmini oldu. Bu vəzifədə ikən müdərris oldu və kiçik dərəcəli mədrəsələrdə dərs verməyə başladı. Ardından Aydın Akçaşəhər qəzasının qazısı təyin edilən Mustafa Əfəndi şeyxülislamın fətva əmini olaraq Bağdad səfərinə qatıldı. Səfərdən döndükdən sonra yenidən mədrəsələrdə dərs verməyə başladı. 1639-cu ilin aprelində Davud Paşa, iyulunda Sekban Əli ağa, 1642-ci ilin noyabrında Qoca Əli Paşa mədrəsələrinə müdərris təyin edildi.
Dürrizadə Mustafa Əfəndi
Dürrizadə Mustafa Əfəndi (1702, Konstantinopol – 8 fevral 1775, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Məşhur Dürrizadələr ailəsinə mənsubdur. 1702-ci ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Mahmud səltənətinin məşhur şeyxülislamlarından Dürri Mehmed Əfəndidir. Təhsilini tamamladıqdan sonra müdərrisliyə yüksəldi və müxtəlif mədrəsələrdə xidmət etdi. Atasının şeyxülislamlığı dönəmində 1734-cü ildə Qalata, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. Atasının ölümünün ardından 3 il boyunca dövlət vəzifələrindən uzaq tutuldu və 1739-cu ildə İstanbul qazısı olaraq yenidən vəzifəyə gətirildi. Ertəsi il vəzifədən alınsa da, 1746-cı ilin oktyabrında Anadolu qazəsgərliyinə təyin edildi. Ardından 26 iyun 1751-ci ildə və 10 may 1756-cı ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ancaq ikinci təyinatından bir neçə ay sonra 26 iyulda şeyxülislamlığa yüksəldi.
Feyzullahzadə Mustafa Əfəndi
Feyzullahzadə Mustafa Əfəndi (1679, Konstantinopol – 4 mart 1745, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Seyid Feyzullah Əfəndi II Süleyman və II Mustafa səltənətlərində, qardaşı Seyid Murtuz Əfəndi isə Sultan Mahmud və Sultan Osman səltənətlərində şeyxülislam olmuşdur. 1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası II Süleyman və II Mustafa səltənətlərində şeyxülislam olan Seyid Feyzullah Əfəndi, anası isə yenə II Mustafanın müəllimlərindən Vani Mehmed Əfəndinin qızı idi. Atasından və onun mühitindəki bir çox mühüm alimlərdən dərslər aldı. Atasının nüfuzundan istifadə edərək qısa müddətdə yüksəldi və bu vəziyyət müxtəlif söz-söhbətlərə və tənqidə yol açdı. Hələ 23 yaşında ikən yüksək dərəcəli bir rütbə olan Məkkə qazılığına gətirildi (1701). Vəzifə müddətini tamamlayıb geri dönərkən yol boyunca onu qarşılayan üləma zümrəsinə mənsub şəxslərin ona hədiyyələr təqdim etməsi barədə dövrün tarixçilərindən Raşidi geniş şəkildə danışır. Döndükdən dərhal sonra 1703-cü ilin aprelində birbaşa Anadolu qazəsgəri təyin edilməsi, illərdir bu vəzifəni gözləyənlərin narazılığına səbəb oldu. Buna baxmayaraq həmin ilin iyununda Rumeli qazəsgərliyi payəsi də məhz Mustafa Əfəndiyə verildi.
Həmidizadə Mustafa Əfəndi
Həmidizadə Mustafa Əfəndi (1731 – 25 noyabr 1793, Manisa) — Osmanlı alimi və şeyxülislamı. 1731-ci ildə doğulmuşdur. Misir qazısı ikən vəfat edən üləmadan Həmidi Mehmed Əfəndinin oğludur. Mükəmməl təhsil aldıqdan sonra 1754-cü ildə rüyus imtahanı ilə müdərrisliyə yüksəldi və bir müddət sonra sarayda müəllim olaraq xidmət etməyə başladı. Nəqşibəndi təriqətinə mənsub olduğu üçün saraydakılara verdiyi dərslərlə yanaşı təriqət ədəb-ərkanıyla bağlı da nəsihətlər edirdi. Bu səbəblə saray xidmətçiləinin bir çoxu onun müridi oldu. Xüsusilə də, oxuduğu və yazdığı duaların övladlarına xeyri olduğuna inanan Sultan Əbdülhəmid onun mənəvi təsiri altına düşmüşdü. Sultana və ailəsinə yaxınlığı səbəbilə qısa zamanda yüksəldi və Əyyubsultan bölgəsinin qazısı təyin edildi. Vəzifədən alındıqdan sonra üləma təftişi, müdərrislərin imtahan edilməsi kimi mühüm vəzifələrdə çalışdı. 18 iyun 1786-cı ildə Məkkə qazılığına namizəd seçildi.
Mirzə Mustafa Əfəndi
Mirzə Mustafa Əfəndi (1630, Batomi – 13 noyabr 1722, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. 1630-cu ildə Batumidə dünyaya gəlmişdir. Atası Batumlu Əbdürrauf Əfəndidir. Osmanlı tarixində Əndərunda yetişmiş 3 şeyxülislamdan ilki olaraq yer alır. 1646-cı ildə İstanbula gələrək Qalata sarayına alındı, burada padşahın imamlarından Şami Hüseyn Əfəndi və Mehmed Əfəndidən dərslər aldı. Ardından Minkarizadə Yəhya Əfəndinin dərslərinə qatıldı və Sultan İbrahim səltənətinin son illərində Topqapı sarayına keçərək Əndərunda Kiçik bölüm, daha sonra isə Böyük bölüm tələbələrinin sırasına qatıldı. Qısa zamanda buradakı tələbələr arasında fərqləndi və Sultan Mehmedin xüsusi icazəsiylə şeyxülislam Minkarizadə Yəhya Əfəndi tərəfindən mülazim (məzun) edildi. Ardından Topqapı sarayında 16 il boyunca fərqli vəzifələrdə xidmət göstərdi. Ardından 1661-ci ildə elm sahəsinə keçdi və mədrəsələrdə dərs verməyə başladı. 24 avqust 1664-cü ildə Osman Əfəndi Darülhədisinə, 11 iyun 1670-ci ildə Qasım Paşa mədrəsəsinə, 23 may 1672-ci ildə isə Nişançı Paşa mədrəsəsinə təyin edildi.
Məmikzadə Mustafa Əfəndi
Məmikzadə Mustafa Əfəndi (v. 1656) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. III Mehmed dönəminin alimlərindən Amasiyalı Mehmed Əfəndinin oğludur. Şeyxülislam Muid Əhməd Əfəndinin kürəkəni olaraq üləma təbəqəsində tanınmışdır. Təhsilini tamamladıqdan sonra müdərrisliyə başladı. 1622-ci ilin mayında Cəfər Çələbi, 1623-cü ilin avqustunda Nişançı Paşa-i Cədid, 1627-ci ilin mayında Rüstəm Paşa, 1629-cu ilin iyununda Xoca Xeyrəddin, 1633-cü ilin martında Ayşə Sultan mədrəsəsinə, 1634-cü ilin avqustunda Sahn-ı səman mədrəsəsinə, 1636-cı ilin yanvarında ikinci dəfə Ayşə Sultan mədrəsəsinə, 1640-cı ilin sentyabrında Qələndərxana mədrəsəsinə, 1641-ci ilin oktyabrında Süleymaniyyə mədrəsəsinə müdərris olaraq təyin olundu. 10 il davam edən təhsil həyatının ardından qazı olaraq çalışmağa başladı. İlk vəzifəsi isə 1643-cü ilin fevralında təyin olunduğu Qüds qazılığıdır. O dönəmlərdə Rumeli başqazısı olan qaynatası Muid Əhməd Əfəndi və sədrəzəmin də köməyilə 1644-cü ilin aprel ayında Misir qazısı seçilsə də, həmin ilin avqustunda vəzifədən alındı. 1646-cı ilin sentyabrında Qalata qazısı, 11 mart 1647 tarixində İstanbul qazısı seçildi və 20 noyabr tarixində bu vəzifəsindən alındı.
Ürgüplü Mustafa Əfəndi
Ürgüplü Mustafa Əfəndi (1867, Tripolitaniya – 7 iyul 1921, Ürgüp[d], Nevşəhər ili) — Osmanlı alimi, siyasətçisi və şeyxülislamı. Ürgüplü Mustafa Hayri Əfəndi 1867-ci ildə Ürgüpdə anadan olmuşdur. Atası Abdulla Avni Əfəndi Osmanlı İmperiyasının Harput və Tripolitaniya vilayətlərinin Evkaf müdiri idi. Mustafa Hayri Əfəndinin ailəsi Osmanlı İmperatorluğu üçün çoxlu alim yetişdirmiş Qaramanoğulları sülaləsinə gedib çıxır. Uşaqlığı haqqında çox məlumat olmasa da, ailəsinin Ürgüpdəki məscid-i türbənin mütevelli heyetinin üzvü olduğu bilinir. Mustafa Hayri Əfəndi hüquq təhsili almış və Osmanlı İmperiyasında yüksək vəzifələrə yüksəlmişdir. Şeyhülislam rütbəsini aldı və şeirləri bu gün də oxunur. 1895-ci ildən başlayaraq İstanbulda professor, Dəməşqdə müfti, nəhayət, Şeyhülislam oldu. Şeyhülislam titulu aldıqdan sonra karyerasına davam etdi. 1909-cu ildə Ayan Məclisinin üzvü seçilmiş, elə həmin il məclis üzvü təyin edilmişdir.
Əbülməyamin Mustafa Əfəndi
Əbülməyamin Mustafa Əfəndi (1552, Konstantinopol – 1606, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. 1546-cı ildə dünyaya gəlmişdir. İlk təhsilini aldıqdan sonra Bursada Kaplıca mədrəsəsinin müdərrisi Sarıgözzadədən, Zəkəriya Əfəndidən və Əbdülqani Əfəndidən mədrəsə təhsili aldı. Daha sonra Əbussuud Əfəndi tərəfindən 1570-ci ildə məzun edildi. Müdərrisliyə isə keçmiş Nişançı mədrəsəsində başladı. Daha sonra Kestel, Pərviz Əfəndi, Kürkçübaşı mədrəsələrində fəaliyyət göstərdi. 1586-cı ildə Sənan Paşa, 1590-cı ildə Zal Paşa, 1591-ci ildə Sahn-ı səman, 1593-cü ildə Şahzadəbaşı, 1594-cü ildə Süleymaniyə, 1596-cı ildə Süleymaniyə darülhədisi, 1597-ci ildə Hakaniyə mədrəsəsinə təyin edilmişdir. 1598-ci ildə qurulan Validə Safiyə Sultan mədrəsəsinin100 axca maaşla ilk müdərrisi oldu. Mədrəsələrdəki tədrisat illərindən sonra 1600-cü ildə Ədirnə qazısı təyin edildi və Dimetoka qəzası iqta olaraq hədiyyə edildi. Vəzifəsi 1601-ci ilin avqustunda İstanbul qazılığına keçirildi.
Hacı Mustafa Sunullah Əfəndi
Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili – 10 aprel 1612, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. 1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu. Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi.
Məkkəyizadə Mustafa Asım Əfəndi
Məkkəyizadə Mustafa Asım Əfəndi (1762, Konstantinopol – 19 noyabr 1846, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. 1762-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuş Məkkəyi Mehmed Əfəndidir. Atasından və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1785-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1797-ci ildə Qalata qazılığına, 1809-cu ildə isə İstanbul qazılığına təyin edildi. Ardından 1812-ci ildə Rumeli qazəsgəri və 27 yanvar 1818-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu ilk şeyxülislamlığı əsnasında sultana yaxınlığı ilə seçilən Halət Əfəndidən çəkinməsi səbəbilə rahat fəaliyyət göstərə bilməmiş, nəticədə 3 sentyabr 1819-cu ildə vəzifədən alınmışdır. 25 sentyabr 1823-cü ildə ikinci dəfə şeyxülislam seçilsə də, yeniçəri ocağını ləğv etmək istəyən Sultan Mahmud bu vəzifədə daha sərt və güclü xarakterli bir şeyxülislam görmək istəyirdi. Nəticədə Mustafa Asım Əfəndi orduya yaxınlığı səbəb göstərilərək 26 noyabr 1825-ci ildə vəzifədən alındı. 13 il davam edən üçüncü şeyxülislamlığına 8 fevral 1833-cü ildə gətirildi.
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir. Lakin o, iqtisadiyyatla deyil, ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1. Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Əli Səbri
Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor.
Nazlı Səbri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Mustafa
Mustafa — Azərbaycanda daha çox işlədilən kişi adı. Mustafa Kamal Atatürk — Türkiyə Respublikası qurucusu və ilk prezidenti, Osmanlı dövlət adamı. Mustafa Əbu əl-Yazid — "Əl-Qaida" terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri Mustafa Altıoxlar — ssenarist, oyunçu və fizyoterapist. Mustafa Dabo — Qəbələ FK oyunçusu Mustafa Miyasoğlu — Türk ədəbiyyatının məşhur simalarından biri Mustafa Məhərrəmov — Mustafa İrgat — Mustafa Kandıralı Mustafa Mustafayev Mustafa Mustafayev (mühəndis) Mustafa Mustafayev (professor) Mustafa xan Mustafa xan Xançobanlı — sonuncu Şirvan xanı. Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mustafa xan Şiftə — Urdu ədəbiyatının tanınmış şairi. Mustafa Vəkilov Mustafa ağa Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mustafa bəy Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
Əfəndi
Əfəndi (fars. آفندی‎ ərəb. أفندي‎ türk. efendi, qaz. әпенді, başq. әфәнде, efendi, tatar. әфәнде, әfәnde — ağa, hökmdar, müasir yunancadan αφέντης - hökmdar, rəis) — XV-XX əsrlərdə Osmanlı İmperiyasında və bəzi başqa Şərq ölkələrində titul və zabit rütbəsi. Əvvəlcə sultana qədər zadəganlara nəzakətli müraciət kimi də “əfəndi” forması işlədilmiş və bu mənada “çələbi” ifadəsini əvəz etmişdir. XIX əsrdən etibarən sultan ailəsinin üzvlərinə, ruhani rəhbərlərə və məmurlara əfəndi kimi müraciət edilir - "əfəndi" titulu onların adlarından dərhal sonra istifadə edilirdi (məsələn, Ənvər əfəndi). “Əfəndi” forması qadınlara – “xanım-əfəndi”, kişilərə – “bəy-əfəndi” kimi, habelə bəzən əcnəbilərə və qeyri-müsəlmanlara müraciət edərkən də işlənirdi.
Həsən Səbri Ayvazov
Həsən Səbri Ayvazov (6 (18) may 1878, Alupka, Tavriya quberniyası[d] – 17 aprel 1938, Simferopol)—Krımtatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi. Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı. Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-cı ildə Bakıdakı "Fyüzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur. Bu Həsən Səbri Ayvazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə "Üsüli-tədris və təlim-tərbiyə" adlı metodik bir əsər də çap olunmuşdu.
Məhməd Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.
Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır. Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
Səbri Əsəd Siyavuşgil
Səbri Əsəd Siyavuşgil(1907–1968)—Türkiyə şairi. Daha çox mənzərə rəsmlərini xatırladan şeirlər yazdı. Ev və əşya təsvirləri çoxluq təşkil edir. Yalnız xarici aləmin varlıqlarını olduğu kimi vermək əvəzinə, onları öz xəyallarına görə dəyişdirərək, başqalaşdıraraq verir. Məsləyinə sadiq qala bilmək üçün şeiri buraxmışdır. Daha çox tərcümə və psixologiya ilə maraqlanır. Odalar ve Sofalar, 1933. İstanbul'da Karagöz ve Karagözde İstanbul (1938) Psikoloji ve Terbiye Bahisleri (1940) Tanzimat’ın Fransız Efkar-ı Umumiyesi’nde Uyandırdığı Yankılar (1940) Karagöz (1941, Fransızca 1951, İngilizce 1955) Cyrano de Bergerac (1942 -Edmond Rostand'dan çeviri, manzum oyun) Folklor ve Milli Hayat (1943) Roman ve Okuyucu (1944) Un Point Sur La Carte (1962 — Sait Faik'in hikâyelerinin Fransızca çevirisi).
Əli Səbri Qasımov
Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor.
Mehmet Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.